Çinin paytaxtı Pekində insanabənzər robotların müxtəlif idman və tətbiq sahələrində mübarizə apardığı dünyanın ilk irimiqyaslı robot yarışması olan World Humanoid Robot Games (WHRG) başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Pekin Yerli Xalq Hökuməti məlumat yayıb.
Verilən məlumata görə, Ümumdünya Robototexnika üzrə Əməkdaşlıq Təşkilatı və RoboCup Asiya-Sakit Okean ilə birgə təşkil edilən tədbirdə robot texnologiyası ilə məşğul olan şirkətlər, universitetlər, institutlar, klublar və həvəskarlar hazırladıqları insanabənzər robotlarla iştirak ediblər.
Tədbirin məqsədi praktik tətbiqlər vasitəsilə insanabənzər robot texnologiyasındakı irəliləyişləri nümayiş etdirməkdir. Robotlar atletika, gimnastika, futbol və boks kimi idman növlərində yarışır.
Avqustun 17-də başa çatacaq oyunların ilk günündə 400 metr və 1500 metr məsafələrə qaçış, 3-ə 3 və 5-ə 5 futbol və boks yarışları keçirilib.



