Xəbərlər

Çində son illərin ən böyük tədbiri keçiriləcək

“Sentyabrın 4-6-da Pekində “Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) 2024″ sammiti keçiriləcək. Bu tədbir Çinin son illərdə ev sahibliyi etdiyi ən böyük diplomatik tədbir olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin “Global Times” qəzeti məlumat yayıb.

Forumda Çinin Prezidenti Si Cinpinlə yanaşı, 50-dən çox Afrika ölkəsinin liderləri, BMT-nin baş katibi Antonio Quterreş, Afrikanın regional və beynəlxalq təşkilatlarının nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Qeyd edilib ki, iclasın əsas mövzusu gələcəkdə yüksək səviyyəli Çin- Afrika icması qurmaq səylərin birləşdirilməsidir.