Tayvan Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun (PLA) 11 təyyarə və 9 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Beş təyyarə median xəttini keçərək Tayvanın şimal və cənub-qərb hava hücumundan müdafiə zonasına daxil olub”, – məlumatda bildirilib.