Xəbərlər

Çinin 15 təyyarəsi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bu səhər Çinin Xalq Qurtuluş Ordusunun (PLA) 15 təyyarəsinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yerli vaxtla saat 08:20-dən PLA-nın 15 təyyarəsi, o cümlədən “J-16” qırıcıları və “KJ-500” təyyarələri adaya yaxınlaşıb.