Xəbərlər

Çinin 153 təyyarəsi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 153 təyyarəsinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, təyyarələrdən 111-i Tayvan boğazının orta xəttini keçərək adanın şimal, cənub-qərb və şərq hissələrində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.