Xəbərlər

Çinin 25 təyyarə və 11 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 25 təyyarəsi və 11 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.