Xəbərlər

Çinin 41 təyyarə və 6 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 41 təyyarəsi və 6 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə əks cavab verib.