Xəbərlər

Çinin 43 təyyarə və 8 gəmisi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çin Xalq Azadlıq Ordusunun 43 təyyarəsi və 8 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Tayvan ordusunun hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə əks cavab verdiyi bildirilib.