Tayvan Silahlı Qüvvələri Çin Xalq Azadlıq Ordusunun (PLA) 7 təyyarə və 7 gəmisinin adaya yaxınlaşmasını qeydə alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Altı təyyarə median xəttini keçərək Tayvanın cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil oldu. Biz vəziyyətə uyğun olaraq düşmənə əks cavab verdik”, – məlumatda bildirilib.