Xəbərlər

Çinin şimalında torpaq sürüşməsi olub, 10 nəfər ölüb

Çinin şimalında Daxili Monqolustan Muxtar Bölgəsindəki düşərgəni sel basıb, nəticədə 10 nəfər ölüb, daha iki nəfər itkin düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sinxua” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 16-da Bayan-Nur şəhəri yaxınlığında baş verib. Daşqınlardan sonra 13 turistlə əlaqə kəsilib. Bir nəfər xilas edilib.

Axtarış-xilasetmə əməliyyatlarında 700-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı iştirak edib.