Uncategorized

Çinin vitse-prezidenti Rusiyaya və Monqolustana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) vitse-prezidenti Han Zenqin sentyabrın 4-8-də Rusiya və Monqolustana səfər edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“Rusiya və Monqolustan hökumətinin dəvəti ilə ÇXR-nın vitse-prezidenti Han Zenq sentyabrın 4-dən 8-dək Rusiya və Monqolustanda səfərdə olacaq. Həmçinin Vladivostokda keçiriləcək 9-cu Şərq İqtisadi Forumunda da iştirak edəcək”, – Mao Ninq qeyd edib.