“Çin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan digər dövlətlərlə birlikdə təzyiq və blok qarşıdurması siyasətinə qarşıdır, azad ticarətin təşviqinin tərəfdarıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin prezidenti Si Cinpin deyib.
“Biz ədaləti müdafiə edirik, II Dünya müharibəsi tarixinin düzgün başa düşülməsini təşviq edirik, Soyuq Müharibə təfəkkürünə, blokların qarşıdurmasına və hədə-qorxu praktikasına qarşıyıq, beynəlxalq sistemi BMT-nin qaydaları ilə müdafiə edirik və Ümumdünya Ticarət Təşkilatının rəhbərlik etdiyi çoxtərəfli ticarət sistemini dəstəkləyirik”, – prezident vurğulayıb.



