Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin oktyabrın sonunda Kazanda keçiriləcək BRİCS sammitində iştirak etmək dəvətini qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
“Çin sədri Si Cinpin dəvətinizi qəbul etməkdən çox məmnundur və təyin olunmuş vaxtda Kazana gələcək”, – Vanq Yi bildirib.