Xəbərlər

Cinpin: Çin Rusiya ilə dünyada sabitliyin qorunmasına töhfə verəcək

“Çin bütün planetdə sülhün və sabitliyin qorunmasına töhfə vermək üçün Rusiya ilə qüvvələrini birləşdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putinə ikitərəfli münasibətlərin 75 illiyi münasibətilə təbrik məktubunda deyib.

“Mən Çin–Rusiya münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə iki dövlət arasında hərtərəfli praktiki əməkdaşlığı daim genişləndirməyə, əməkdaşlığın yüksək keyfiyyətli inkişafına və modernləşdirilməsinə birgə kömək etməyə hazıram”, – Si Cinpin bildirib.