“Moskva və Pekin dünyadakı mürəkkəb vəziyyətə baxmayaraq, ticari-iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BRİCS-in 16-cı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Çin Prezidenti Si Cinpin deyib.
“Xaotik və qarışıq xarici vəziyyətə baxmayaraq, iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlıq fəal şəkildə inkişaf edir və irimiqyaslı əməkdaşlıq layihələri davamlı olaraq həyata keçirilir. Moskva və Pekin Rusiya və Çin iqtisadiyyatlarının keyfiyyətcə inkişafına dəstək vermək üçün Çinin “Bir kəmər, bir yol” ticarət və investisiya təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqını əlaqələndirməyə davam etməlidir”, – Çin lideri qeyd edib.