Çin Prezidenti Si Cinpin bazar ertəsi Vyetnam Prezidenti To Lamı qəbul edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilib ki, To Lam vəzifəyə gəldikdən sonra ilk xarici səfərini Çinə edib.
Avqustun 20-dək davam edəcək dövlət səfəri çərçivəsində Vyetnam lideri Çinin Baş naziri Li Qianq, Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin rəhbəri Zhao Leji və Çin Xalq Partiyasının Milli Komitəsinin sədri ilə də görüşəcək.