“Yaxın Şərqdə münaqişənin kəskinləşməsi qlobal təhlükəsizliyə təsir edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.
“Yaxın Şərq qeyri-sabitdirsə, deməli dünyada təhlükəli vəziyyət yaranıb. İsrail-İran münaqişəsi regionda gərginliyin qəfil artmasına səbəb olub və qlobal təhlükəsizliyə ciddi təsir edib”, – prezident əlavə edib.