“ABŞ Prezidenti Co Baydenin Ukraynadan Rusiya Federasiyasının dərinliklərinə endirilən zərbələri təsdiqləməsi münaqişədə ABŞ-ın payını artıracaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb.
“Baydenin qərarına görə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp xərclərin əhəmiyyətli dərəcədə artdığı bir müharibəni miras alacaq. Kiyev Rusiyanın dərinliklərinə zərbə vura bilsə belə, bu, döyüş meydanında vəziyyətin dərhal dəyişməsinə səbəb olmayacaq”, – məlumatda qeyd olunub.