Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaşlar təhlükəsi ilə əlaqədar ABŞ-ın bir sıra ştatlarında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.
Vaşinqton və Oreqon ştatlarında seçki qutuları yandırılıb, nəticədə yüzlərlə bülleten zədələnib.
Qeyd edilir ki, ştatların qubernatorları əmin ediblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.