Pekin Vaşinqtonun ABŞ-ın Tayvana silah satışı ilə bağlı noyabrın sonunda müdafiə nazirlərinin görüşünü təşkil etmək təklifini rədd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb.
Qeyd edək ki, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl çinli həmkarı Donq Cun ilə Laosda “ASEAN Plus” müdafiə nazirlikləri rəhbərlərinin görüşü çərçivəsində danışıqlar aparmağı təklif edib. Lakin Pekin ABŞ-ın Tayvana son silah satışını əsas gətirərək bu təklifi qəbul etməyib.
“Çin ABŞ-dan narazılığını nümayiş etdirmək üçün müntəzəm olaraq görüşləri ləğv edir və rabitə kanallarını bağlayır”, – məlumatda bildirilib.