Xəbərlər

CNN: Tramp Putin və Cinpini Moskva və Pekini bombalamaqla hədələyib

“ABŞ prezidenti Donald Tramp 2024-cü il seçkiləri üçün vəsait toplama toplantısında deyib ki, o, Rusiya prezidenti Vladimir Putini Ukraynaya qarşı hərbi əməliyyat başladacağı təqdirdə “Moskvanı cəhənnəmvari bombalayacağı ilə” hədələyib”.

“Füyuzat”ın məlumatına görə, bu iddianı əlində olan audio yazıya istinadən CNN yayıb.

CNN Trampın sözlərindən sitat gətirib: “Mən Putinə dedim ki, “Ukraynaya hücum etsən, Moskvanı cəhənnəmvari bombalayacağam. Sənə deyirəm, mənim başqa seçimim yoxdur”.

Amerika prezidentinin sözlərinə görə, Putin ona inanmadığını deyib, lakin Ağ Evin rəhbəri bildirib ki, Putin ona 10% olsa da, inanırdı.

Telekanal iddia edir ki, Tramp Çin prezidenti Si Cinpinə Tayvanla bağlı oxşar mesajı çatdıraraq onu Pekinə hücum etməklə hədələyib.

CNN əlavə edir ki, Trampın komandası səs yazılarının məzmununu şərh etməkdən imtina edib.

Bundan əvvəl ABŞ prezidenti iyulun 3-də Putinlə telefon danışığından narazı olduğunu bildirmişdi.