Xəbərlər

CNN: Trampın güclü lider olması Harrisin qələbəsinə maneədir

“Amerikalı seçicilər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa güclü lider kimi baxır və bu, vitse-prezident Kamala Harrisə prezident seçkilərində maneədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə CNN məlumat yayıb.

“Seçicilər çoxdan Trampı öz təhlükəsizliyini təmin edə biləcək güclü lider hesab ediblər və ABŞ-ın hazırkı lideri Co Baydenin fiziki və əqli qabiliyyətlərinə şübhələri gücləndikcə, eks-prezidentin üstünlüyü artıb. Bununla belə, Harrisin seçkidə iştirakı demokratlara ümid verib”, – məlumatda bildirilib.

Məlumata görə, sorğular göstərir ki, seçicilər hazırkı vitse-prezidenti mühüm şəxsi xüsusiyyətlərinə görə Baydendən daha müsbət, bir çox hallarda isə Trampdan da müsbət qiymətləndirirlər.