Türkiyə ABŞ-a Suriyanın şimalında PKK və onunla əlaqəli qüvvələrin mövcudluğuna son qoymağın zəruriliyi ilə bağlı xəbərdarlıq edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN Türk” məlumat yayıb.
Bildirilir ki, əks halda Ankaranın özü bölgəni terrorçulardan təmizləmək üçün tədbirlər görəcək.
Nəşr qeyd edir ki, Türkiyə tərəfinin bu mesajı Ankarada respublikanın xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.