“ABŞ Prezidenti Co Bayden seçki kampaniyasında iştirakını davam etdirir. O, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək əzmində olduğunu söyləyib”.
“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts deyib.
“Prezident qələbə qazanmağı planlaşdırır. O işləyən ailələrə kömək etmək üçün 100 günlük yol xəritəsi hazırlayır və onlarla birlikdə işləməyi səbirsizliklə gözləyir”, – Beyts bildirib.