Xəbərlər

Dağıstana PUA hücumu olub

Rusiya hava hücumundan müdafiə sistemləri Dağıstan Respublikasında yerləşən Kaspiysk şəhəri üzərində səmada pilotsuz uçuş aparatı (PUA) məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov özünün “Telegram” kanalında yazıb.

O bildirib ki, hazırda Dağıstanda operativ qərargah fəaliyyət göstərir. Müvafiq xidmətlərin əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir.

“Mən əmin etmək istəyirəm ki, respublika sakinlərinin təhlükəsizliyi üçün bütün qərarlar vaxtında qəbul ediləcək”, – Dağıstan rəhbəri əlavə edib.