Xəbərlər

Dağlıq rayonlara leysan yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.