“İsrail hərbçiləri Suriya ərazisini tərk etməlidirlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Qusay əl-Dahhak jurnalistlərə müsahibəsində deyib.
“Biz İsrailin Suriyaya təcavüzünə son qoymalıyıq. Ərazilərimizi işğal etmiş İsrail Qüvvələrinin ölkəmizi tərk etməsinə ehtiyacımız var. İsrail BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, eləcə də 1974-cü ildə qüvvələr bölgüsü sazişinə əməl etməlidir. Bu qətnaməyə əsasən, Qolandakı bufer zonada yalnız BMT qüvvələri yerləşdirilə bilərdi”, – diplomat əlavə edib.