“Suriya ölkədə təhlükəsizliyi və sabitliyi bərpa etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlığı davam etdirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Suriyanın BMT-dəki daimi nümayəndəsi Qusay əl-Dahhak jurnalistlərə müsahibəsində deyib.
“Biz sabitliyin və təhlükəsizliyin bərpası, daha yaxşı gələcəyin qurulması üçün bütün sahələrdə, xüsusilə humanitar yardım və humanitar dəstək sahəsində fəaliyyətimizi davam etdirəcəyik. BMT hər bir suriyalının həyatında mühüm rol oynayır. Biz BMT ilə əməkdaşlığımıza həmişə inanmışıq və inanırıq”, – o bildirib.