Xəbərlər

Danimarka ABŞ ilə Arktikada əməkdaşlığı gücləndirmək istəyir

“Danimarka hökuməti ABŞ-la Arktikada əməkdaşlığı dərinləşdirmək istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Helsinkidə NATO ölkələrindən olan həmkarları ilə görüşünə gələrkən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Mənim bu gün əlavə edəcəyim heç bir şey yoxdur. Biz ABŞ-la əməkdaşlıq etmək istəyirik, bizim artıq Arktika regionunda, Qrenlandiyanın və bütün regionun müdafiəsi məsələlərində sıx əməkdaşlığımız var və biz bu əməkdaşlığı dərinləşdirmək istəyirik”, – Baş nazir əlavə edib.