Xəbərlər

Danimarka Bağdad səfirliyini bağlayır

Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyi açıqlama verib.

“NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatı sona çatıb, lakin Kopenhagen az sayda personalla missiyaya töhfə verməyə davam edəcək”, – açıqlamada bildirilib.

Açıqlamada Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin daraldığı qeyd edilib: “Bu səbəbdən Danimarka hökuməti səfirliyini 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib”.