Xəbərlər

Danimarka F-16 qırıcılarını Ukraynaya çatdırıb

Danimarka F-16 qırıcılarının ilk partiyasını Ukraynaya çatdırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Danimarka müdafiə naziri Troels Lund deyib.

O qeyd edib ki, bu addım Ukraynanın döyüş imkanlarının artırılması və hava qüvvələrinin modernləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Danimarka Silahlı Qüvvələri ukraynalı pilotlara F-16-lardan istifadə etmək üçün təlim keçirir”.