Xəbərlər

Danimarka hakimiyyəti Trampla dialoqa hazır olduğunu təsdiqləyib

Danimarka hökuməti Arktika əraziləri, xüsusilə Qrenlandiya ilə bağlı məsələlər ətrafında müzakirə aparmaq üçün ABŞ-ın yeni administrasiyası ilə dialoqa hazır olduğunu təsdiq edib.

“Füyuzat”ın məlumatına görə, bunu Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Qüdsdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Amerikalıların Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var. Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, – nazir bildirib.