Danimarka 2024-cü ilin sonuna qədər Ukraynaya daha bir neçə “F-16” qırıcısı göndərəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Danimarkanın “Ritzau” agentliyi Müdafiə Nazirliyinin rəhbəri Troels Lund Poulsenə istinadən məlumat yayıb.
Döyüş təyyarələrinin sayı və dəqiq çatdırılma tarixləri təhlükəsizlik səbəbindən açıqlanmayıb.