ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun əraziyə nəzarəti ələ alması lazım olduğunu deməsindən sonra Danimarka hökuməti Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayrıldığını açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “BBC” Danimarkanın müdafiə naziri Troels Lund Poulsenə istinadən məlumat yayıb.
“Qrenlandiyanın müdafiəsi üçün ayrılan vəsaitin məbləği kronlarla iki rəqəmli məbləğ təşkil edəcək. Bu pulla Danimarka iki yeni gəmi və eyni sayda uzaq mənzilli dron ala biləcək”, – nazir əlavə edib.
Qeyd edək ki, ayrılan məbləğin dəyəri dəqiq açıqlanmayıb.