Dəməşq hava limanı 2024-cü il dekabrın 8-dən bəri ilk dəfə müntəzəm beynəlxalq uçuşların gəlişi və gedişi üçün açılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya KİV-i məlumat yayıb.
“Bəli, təyyarələrin qəbulu bərpa olundu, biz Qətərdən uçuş gözləyirik, o, artıq havaya qalxıb”, – məlumatda bildirilib.
Qeyd edək ki, Qətər tərəfi yanvarın 2-də bu marşrut üzrə həftədə üç dəfə standart tezlikdə uçuşların bərpa olunacağını açıqlayıb.