Suriya paytaxtının hava limanı yanvarın 7-dən beynəlxalq reysləri qəbul etməyə başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsinin rəhbəri Əşhəd əl-Sleybi SANA-ya verdiyi şərhdə bildirib.
“2025-ci il yanvarın 7-dən etibarən Dəməşq hava limanına və ondan beynəlxalq uçuşların qəbuluna başlandığını elan edirik” , – o qeyd edib.
Əl-Sleybi əmin edib ki, Suriyanın yeni hakimiyyət orqanları tərəfdaşların köməyi ilə Dəməşq və Hələb hava limanlarının tam istismar üçün hərtərəfli hazırlanması ilə məşğuldur.