Azərbaycanın Suriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Dəməşq Universitetinin rektoru Mustafa Saim əd-Dəhrla görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Səfirliyin “X” hesabında yazılıb.
Bildirilib ki, görüşdə universitetlə Azərbaycanın ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın təsis edilməsi istiqamətində potensial imkanlar müzakirə edilib.



