Xəbərlər

Denis Şmiqal: Ukrayna və Polşa birgə pilotsuz uçuş aparatları qrupu yaradacaq

Ukrayna və Polşa pilotsuz uçuş aparatları (PUA) üzrə birgə əməliyyat qrupu yaratmaq barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə keçirdiyi brifinqdə bildirib.

“PUA qrupuna Ukrayna və Polşa silahlı qüvvələrinin nümayəndələri daxil olacaq. Bu qrup birgə təşəbbüslərin əlaqələndirilməsi və inkişafı platformasına çevriləcək. Biz ən son müdafiə texnologiyalarını birləşdirəcək, sivil insanların və mühüm infrastrukturun mühafizəsini gücləndirəcək yeni layihələrə start verəcəyik”, – o qeyd edib.