Xəbərlər

Dilqəm Əhməd “Füyuzat” jurnalının qonağı olub

Tarixçi, kolleksioner Dilqəm Əhməd “Füyuzat” jurnalının qonağı olub.

“Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu Dilqəm Əhməd ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində MİMTA Yayımlarının bp şirkətinin dəstəyi ilə nəşr etdiyi “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun hazırlanmasından və bunun Azərbaycan mətbuatının tədqiqi baxımından əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Sonda Dilqəm Əhməd MİMTA Fonduna, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzulayıb, səmimi söhbət və qonaqpərvərliyə görə təşəkkür edib.