Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd edilib ki, imtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.
İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.