“Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yerləşdirilməsindən danışmaqla odla oynayır“.
“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişçuk deyib.
“Belə bir təəssürat yaranıb ki, onlar böhranın genişlənməsi risklərini dərk etmirlər. Bu, siyasi yetişməmişlikdir. Kiyev rejimini silahla təmin etməyin nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”, – Polişçuk vurğulayıb.
Bir müddət əvvəl Makron bildirib ki, Kiyevə əlavə yardımla bağlı bu yaxınlarda Paris görüşündə iştirak edən 20-yə yaxın Qərb ölkəsi Ukraynaya quru qoşunlarının göndərilməsi imkanını müzakirə ediblər. Fransa liderinin sözlərinə görə, məsələ ilə bağlı konsensus əldə olunmayıb, lakin gələcəkdə belə bir ehtimalı istisna etmək olmaz.