“Dekabrın 6-da Dohada Suriya üzrə Astana formatında (İran, Rusiya, Türkiyə) xarici işlər nazirləri səviyyəsində görüş gözlənilir”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Taker Karlsona müsahibəsində deyib.
“Astana formatı faydalı assosiasiyadır. Biz Suriyadakı vəziyyətdən narahatıq. Hələb və onun ətrafında baş verən hər şeydən sonra mən Türkiyənin xarici işlər naziri Hakan Fidan, eləcə də iranlı həmkarım Abbas Əraqçi ilə danışdım. Rusiya Federasiyası, Türkiyə və İranın hərbi və təhlükəsizlik rəsmiləri bir-biri ilə təmasdadırlar”, – Lavrov əlavə edib.