Xəbərlər

Donetskə hücum zamanı 27 nəfər ölüb

“Ukraynanın Rusiyanın ilhaq etdiyi Donetsk şəhərinə hücumu nəticəsində ölənlərin sayı 27-yə yüksəlib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Donetskə Rusiya tərəfindən təyin edilən qondarma lider Denis Puşilin məlumat yayıb.

Denis Puşilin hücumda həyatını itirənlərin sayının 27-yə yüksəldiyini, yaralanan 25 nəfərin isə müalicəsinin davam etdiyini açıqlayıb. O, hücumdan sonra şəhərdə bir günlük matəm elan edib.

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk hücumu ilə bağlı heç bir açıqlama verməsədə ,Rusiyanın bir gündə Ukraynanın 9 bölgəsində 100-dən çox şəhər, qəsəbə və kəndi bombaladığını bildirib.

Qeyd edək ki, dünən Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib. Məlumata görə, raketlərdən bir neçəsi şəhərdəki bazara düşüb.