Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Zaman sənindir!” adlı tədbir keçirilib.
”Füyuzat”ın məlumatına görə, bu barədə muzeydən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində geyim dizaynerləri olan gənclər Selcan Qasımzadə, Aydan Novruzova öz kolleksiyalarından nümunələr təqdim edərək, həm təsviri sənət və dizayn sahəsində hazırladıqları kreativ işlər barədə, həm də məşğul olduqları sənət sahəsi haqqında məlumat veriblər.
Tədbirdə, həmçinin Aydan Novruzovanın geyim dizaynı ilə yanaşı, incəsənətin çox qədim və nadir növlərindən biri olan qobelen toxuculuğuna məxsus əl işləri də nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbir gənclərin yaradıcılıq potensialının tanıdılması və sənət sahəsində özünüifadə imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



