Xəbərlər

Dövlət Baxçalı: Ukrayna konfransı Rusiyasız uğursuzluqla nəticələnib

“İyunun 15-16-da Bürgenstokda Ukrayna ilə bağlı keçirilən konfrans uğursuzluqla nəticələnib”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.

Onun fikrincə, Rusiyanı konfransa dəvət etməməklə onun təşkilatçıları faktiki olaraq mövcud reallıqları rədd ediblər.

“Konfransda müzakirə olunan əsas mövzular arasında, xüsusilə, nüvə və ərzaq təhlükəsizliyi, naviqasiyanın təmin edilməsi və hərbi əsirlərin mübadiləsi olub”, – Baxçalı bildirib.