Xəbərlər

Dövlət Departamenti: ABŞ Afrikaya yardımı davam etdirəcək

“Birləşmiş Ştatlar Afrikaya tibbi yardım da daxil olmaqla kömək etməyə davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi məlumat yayıb.

“Afrika diqqət mərkəzində qalacaq, lakin biz Qərb yarımkürəsinə, xüsusən də Asiya-Sakit okean regionunda yerləşən ölkələrə daha çox sərmayə qoymaq niyyətindəyik. Biz artıq Filippinə dörddə bir milyard dollar sərmayə qoyuruq”, – rəsmi bildirib.