Xəbərlər

Dövlət Departamenti: ABŞ Ukraynada hərtərəfli atəşkəsə sadiqdir

“Birləşmiş Ştatlar Ukraynada tam və hərtərəfli atəşkəsə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“Biz tam və hərtərəfli atəşkəsə nail olmaq öhdəliyimizə sadiq qalırıq. Ukraynadakı münaqişənin sona çatması yaxındır. ABŞ dövlət katibi Marko Rubionun Rusiya xarici işlər naziri Lavrovla telefon danışığında və ötən həftə Parisdə ümidverici müzakirələr apararkən dediyi kimi, bütün tərəflər buna sadiq olarsa, sülh mümkündür”, – Dövlət Departamentinin sözçüsü bildirib.