“Co Baydenin rəhbərlik etdiyi ABŞ-ın hazırkı administrasiyası Donald Trampın komandasının anti-Rusiya sanksiyalarını dəstəkləyəcəyinə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Biz hesab edirik ki, tətbiq etdiyimiz sanksiyalar Rusiya iqtisadiyyatına müəyyən dərəcədə zərər vurmaqda effektiv olub. Və ümid edirik ki, bu sanksiyalar qüvvədə qalacaq. Bununla belə, son qərarı növbəti administrasiya verəcək”, – Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib.