Xəbərlər

Dövlət Departamenti: Nəticə olmasa, ABŞ Ukrayna üzrə vasitəçilikdən imtina edəcək

“ABŞ administrasiyası Ukraynada sülh yolu ilə nizamlanmada irəliləyiş olmadığı təqdirdə vasitəçi rolundan imtina etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus brifinqdə ABŞ dövlət katibi Marko Rubioya istinadən bildirib.

“Sizə deyə bilərəm ki, dövlət katibi bu yaxınlarda mənə Ukraynadakı vəziyyətlə bağlı məlumat verib. Biz indi elə bir məqamdayıq ki, hər iki tərəf bu münaqişənin necə dayandırılması ilə bağlı konkret təkliflər təqdim etməlidir. Bizim necə davam edəcəyimiz ABŞ prezidenti Donald Trampın hazırda qəbul etdiyi qərarardan aslıdır. Əgər irəliləyiş olmasa, biz bu prosesdə vasitəçi rolumuzdan əl çəkəcəyik”, – diplomat qeyd edib.