Xəbərlər

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://e-taxes.gov.az; https://new.e-taxes.gov.az) daxil olmaq üçün vergi orqanının verdiyi vergi ödəyicilərinə verdiyi istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə qurumdan bildirilib.

Qeyd edilib ki, belə halların qarşısının alınması məqsədilə vergi ödəyicilərinı bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur.